Ərdoğan: "Bütün qardaşlarımıza təşəkkür edirik"

      Ərdoğan:    "Bütün qardaşlarımıza təşəkkür edirik"
  03 Fevral 2024    Oxunub:839
Türkiyənin Hatay vilayətində ötən ilin fevralında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub.
AzVision.az xəbər verir ki, mənzillərin rəsmi təqdimat mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Birinci mərhələdə Hatayda 7275 mənzil sahiblərinə təqdim edilib.

Mərasimdə çıxışı zamanı Ərdoğan iki ay ərazində zəlzələnin baş verdiyi bölgədə daha 75 min mənzilin sahiblərinə veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, ilin sonunadək 200 min evin də hazır olması gözlənilir.

Ərdoğan həmçinin zəlzələdə Türkiyəyə yardım edən ölkələrə də təşəkkür edib:

"Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla 35 min 250 axtarış-xilasetmə heyətimizə, 142 min mühafizəçimizə, səhiyyə işçimizə, mədənçilərimizə, meşə işçilərimizə, könüllülərimizə, öz adımdan və millətim adından bütün qardaşlarımıza təşəkkür edirik".

AzVision.az


Teqlər: Türkiyə   zəlzələ   mənzil  





Xəbər lenti