Kulinarlarımız Almaniyada olimpiadada iştirak edirlər - FOTO

Kulinarlarımız Almaniyada olimpiadada iştirak edirlər -    FOTO
  03 Fevral 2024    Oxunub:1115
Meneceri kulinar bloqer Fərhad Aşurbəyli olan azərbaycanlı kulinarlar komandası ölkəmizi fevralın 2-dən 7-dək Almaniyanın Ştutqartda şəhərində keçirilən Ümumdünya Kulinariya Olimpiadasında təmsil edir.
AzVision.az xəbər verir ki, Ümumdünya Kulinariya Olimpiadası dünyada kulinariya ustalığının ən iri beynəlxalq sərgisidir. Olimpiada 1900-cü ildən bəri dörd ildə bir dəfə keçirilir. Təşkilatçı Ümumdünya Kulinarlar və Qənnadıçılar Assosiasiyası (WACS) və Ştutqart Messe sərgi mərkəzidir.

Bu il yarışmada 55 ölkədən 1200 iştirakçı mübarizə aparır. Onlar 7 mindən çox yemək hazırlayacaqlar.

Hər yarışmada toplanan xallar əsasında qızıl, gümüş və bürünc medallar qazanılacaq.

Qaliblər fevralın 7-də elan olunacaq.

AzVision.az


Teqlər: Azərbaycan   kulinariya   olimpiada   Almaniya  





Xəbər lenti