"Qarabağ" "Sabah"a 7 qolla qalib gəldi

"Qarabağ" "Sabah"a 7 qolla qalib gəldi
  30 Yanvar 2024    Oxunub:1618
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Məlumata görə, "Sabah" "Qarabağ"ı qəbul edib.

Qarşılaşmada qonaq komanda rəqibini darmadağın edib - 7:1. Ağdam təmsilçisinin heyətində Olavio Juninyo (28, 55) və Abdullah Zubir (77, 89+3) dubla imza atıblar. Digər qolların müəllifləri Hamidu Keyta (20), Nəriman Axundzadə (45+5) və Adama Diakabi (87) olublar. Bakılıların təsəlli qolunu 63-cü dəqiqədə Cesse Sekidika vurub.

Komandalar arasında cavab matçı fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, bu gün keçirilən mərhələnin ilk oyununda "Zirə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Digər iki qarşılaşma yanvarın 31-də baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti