“Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”

“Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”
  16 Yanvar 2024    Oxunub:953
Yanvarın 16-da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində “Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri” mövzusunda tədbir keçirib.
Təşkilatın sədri Ramiz Cürənov deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanda ailə institutunu möhkəmləndirmək və vətənpərvər ruhlu gənclərin yetişdirilməsi olub. Məhz bu vətənpərvər gənclərimiz də Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyub, Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa olunub.

Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.
Ramiz Cürənov bildirib ki, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir. Layihə çərçivəsində görülən işlər barədə məlumat verən təşkilatın sədri Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli barədə araşdırma xarakterli 4 yazı hazırlanaraq dərc edildiyini nəzərə çatdırıb, layihə çərçivəsində hazırlanan “Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri” sərlövhəli yazı barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı “Azərbaycanda milli-mənəvi dəyərlər ” mövzusunda çıxış edib, Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, görülən işlər barədə məlumat verib.
“Paralel” qəzetinin baş redaktoru, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Ailə modeli ” mövzusunda çıxış edib.
AzVision.az



Qalereya




Teqlər: Tədbir  





Xəbər lenti