ABŞ-ın büdcə kəsiri 500 milyard dolları ötüb
Kəsirdəki sıçrayış ümumi dövlət borcunu ilk dəfə 34 trilyon dollardan çox yüksəldib. CNBC qeyd edib ki, Bayden administrasiyasının İnflyasiyaya Qarşı Mübarizə Aktının qiymətləri aşağı salmaqla yanaşı kəsirdə "yüz milyardlarla" qənaət edəcəyinə dair verdiyi zəmanətlərə baxmayaraq, kəsir artmaqda davam edir. İndiki templə illik kəsir 2 trilyon dolları keçə bilər. > 2023-cü ildə bu rəqəm 1,7 trilyon dollar olub.
AzVision.az