Ən çox qol vurmuş futbolçular məlum oldu

Ən çox qol vurmuş futbolçular məlum oldu
  03 Yanvar 2024    Oxunub:1260
2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.
AzVision.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində İtaliyanın "İnter" klubundan "Roma"ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

İngiltərənin "Mançester Siti" komandasının və Norveç millisinin oyunçusu Erlinq Holann 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi "Portu"da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.

AzVision.az



Teqlər:





Xəbər lenti