Azərbaycanın ən yaxşı gimnastları
İkinci yerdə dünya çempionatının bürünc, Avropa çempionatının qızıl və üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası qərarlaşıb.
Dünya çempionatının üçqat bürünc medalçıları olan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası 3-cü pillədədir.
V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Dünya kubokunun qalibi, kişi idman gimnast Nikita Simonov 4-cü yeri tutub. Dünya çempionatının gümüş, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 5-ci olub. İkiqat dünya çempionu Mixail Malkin (tamblinq) 6-cı pillədə yer alıb.
Dünya çempionatının ikiqat bürünc, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 7-ci pillədə qərarlaşıb. Qadın idman gimnastı Nazənin Teymurova reytinq sıralamasında 8-cidir.
Dünya çempionatının komanda hesabında qalibləri olan tamblinqçilər Adil Hacızadə və Tofiq Əliyev isə müvafiq olaraq 9-cu və 10-cu pillələri bölüşdürüblər.
AzVision.az
Teqlər: