“Formula-1”ə görə vergi güzəştlərinin müddətinin uzadılmasına dair layihə qəbul edildi

“Formula-1”ə görə vergi güzəştlərinin müddətinin uzadılmasına dair layihə qəbul edildi
  05 Dekabr 2023    Oxunub:1134
“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2” yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il müddətinə nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
AzVision.az



Teqlər: Formula-1  





Xəbər lenti