Astana, Bakı və Daşkənd Avropaya yaşıl enerji ixracı layihəsi yaradır

      Astana, Bakı və Daşkənd Avropaya yaşıl enerji ixracı layihəsi yaradır
  15 Noyabr 2023    Oxunub:1149
Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropaya yaşıl enerji ixracı üçün birgə müəssisə yaratmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan, Özbəkistan və Qazaxıstanın energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı müvafiq razılıq əldə olunub.

Danışıqların yekunu olaraq nazirlər birgə kommünike imzalayıblar, orada öz ölkələrinin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları qeyd edilib.

Bundan əlavə, görüş iştirakçıları bərpaolunan enerji mənbələrinə xüsusi önəm verilməklə enerji mübadiləsi sahəsində əməkdaşlıq üçün texniki spesifikasiyalar hazırlamaq, həmçinin yaşıl ammonyak, yaşıl hidrogenin işlənməsi və ixracı və bununla bağlı infrastrukturun qurulması üçün birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti