Merkel dünyanın ən nüfuzlu qadınıdır - SİYAHI

Merkel dünyanın ən nüfuzlu qadınıdır - SİYAHI
  29 May 2014    Oxunub:1241
ABŞ-ın “Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınları reytinqini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, siyahıya Almaniya kansleri Angela Merkel rəhbərlik edir.

Siyahıda ikinci yeri ABŞ tarixində ilk dəfə Federal-rezerv sisteminə rəhbərlik edən Canet Yellen tutur. Siyahıda üçüncü yeri “Microsoft” şirkətinin rəhbərinin həyat yoldaşı Melinda Qeyts tutur.

Dördüncü pillədə Braziliya prezidenti Dilma Rusef, Beşinci yeri isə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard gəlir.

Bundan əlavə ilk onluğa, ABŞ-ın sabiq dövlət katibi Hilari Klinton, “General Motors”un rəhbəri Meri Barra, ABŞ-ın birinci xanımı Mişel Obama, İBM rəhbəri Vircinya Rometti daxildir. Qeyd edək ki, siyahıya ənənəvi olaraq 100 insan daxil edilib. Ümumilikdə reytinqə daxil olan qadınların yarıdan çoxu (58 nəfər) ABŞ-ı təmsil edir.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti