Söyün Sadıqovun parçalamaq missiyası... – DAYCEST

Söyün Sadıqovun parçalamaq missiyası... – DAYCEST
  14 Fevral 2013    Oxunub:2242
Bəzi analitiklər İlham Əliyevin çıxışında daxili işlər naziri Ramil Usubova istinadlarına diqqət çəkir. İlham Əliyevin milli təhlükəsizlik naziri və baş prokurorun da səlahiyyətlərində olan hüquqi məsələdə yalnız Usubovu fərqləndirməsi, onun məlumatlarına istinad etməsi maraq doğurur. İlham Əliyev üçün çox vacib əhəmiyyətli bir işin Ramil Usubova tapşırması nazirə hələ də çox etibar etdiyini göstərir.
Yeni Müsavat


“Prezidentin bu çıxışından sonra müəyyən hərəkətlər olacaq”

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev müsahibə verib. O prezidentin sonuncu çisi ilə bağlı bildirib ki, ölkə rəhbərinin dediklərindən hər kəs dərs almalıdır. Çıxışdan da görünür ki, prezident yerlərdəki vəziyyətlə bağlı məlumatlıdır. Prezident çox obyektiv bir qərar qəbul etdi. Müəyyən adamlara xəbərdarlıq verməklə burada nəinki icra strukturlarına, heç bütövlükdə müəyyən iş adamlarına da, qeyri-hökumət təşkilatlarına da sözünü dedi. İnanıram ki, prezidentin bu çıxışından sonra müəyyən hərəkətlər olacaq.

Prezidentdən Usubova ciddi etimad

Fevralın 12-də Bakı Biznes Mərkəzində “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına dair konfransda prezident İlham Əliyevin etdiyi çıxış ciddi təhlil olunur. Bəzi analitiklər İlham Əliyevin çıxışında daxili işlər naziri Ramil Usubova istinadlarına diqqət çəkir. İlham Əliyevin milli təhlükəsizlik naziri və baş prokurorun da səlahiyyətlərində olan hüquqi məsələdə yalnız Usubovu fərqləndirməsi, onun məlumatlarına istinad etməsi maraq doğurur. İlham Əliyev üçün çox vacib əhəmiyyətli bir işin Ramil Usubova tapşırması nazirə hələ də çox etibar etdiyini göstərir. Bu, tapşırıq və məsuliyyət Usubovun hakimiyyətdə öz ağırlığını saxladığını da göstərir.

Abutalıbov “Qış bulvarı”na aid olmayan evləri də sökür

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şəhərin mərkəzində qanunsuz evyıxma əməliyyatı davam edir. Mer Hacıbala Abutalıbov və onun evyıxan nümayəndəsi Zülfəli İsmayılov “Qış bulvarı” adı altında yeni bir müdhiş fırıldağa qol qoyub. Belə ki, “Qış bulvarı”nın çertyojunda göstərilməyən mülkləri belə uçurmağa başlayıblar. Meriya bunu Bakının Baş Planı və “Qış bulvarı” layihəsi adı ilə icra etməyə start verib. Nəticədə şəhəri mərkəzində yerləşən Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrindəki yaşayış binaları yerlə-yeksan olunur. Bu üzdən ötən gün M.Əliyev və D.Əliyeva küçələrində yaşayanlar haqlarını tələb etdilər. Onlar evlərindən ədalətli kompensasiya veriləcəyi halda çıxacaqlarını söylədilər. Sakinlər söylədilər ki, Z.İsmayılov evləri tək-tək alaraq öz adına keçirir. Mənzillərin pulu isə hissə-hissə bank vasitəsilə ödənilir.


Bizim Yol


Heç kim bizə dərs deyə bilməz

Prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı edib. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan ilə öz münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qursun. Biz bunu istəyirik, bunu tələb edirik və buna nail oluruq. Biz bütün ölkələrlə onların ölçüsündən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qururuq. Bundan kənarda heç bir münasibət ola bilməz. Heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur, ola da bilməz, heç kim bizə dərs deyə bilməz. Üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatların haqqı yoxdur ki, bizə hansısa irad tutsun.

Gülər Əhmədovanın mülkləri müsadirə olunur

Dünən barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova barəsində daha bir sensasion məlumat yayılıb. Əldə etdiyimiz məlumata görə, məhkəmənin hökmündən dərhal sonra Gülər Əhmədovanın mülklərinin müəyyənləşməsi və nəzarətdə saxlanması, eləcə də onlarda müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb. İstintaqın müsadirə edilmək üçün məhkəməyə təqdim edəcəyi əmlakların ilkin siyahısı da məlumdur Bakının müxtəlif yerlərində, əsasən də mərkəz hissələrdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekt.


Unikal


Səlim Müslümovla icra başçısı olan dayısı müdhiş qorxu içində

Prezidentin iki gün əvvəl keçirilən müşavirədə bəzi məmurlara və onların övladlarına qarşı sərt xəbərdarlıq Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun narahatlığına səbəb olub. Məsələ burasındadır ki, hazırda Ağsuda ictimai və sosial narazılıq pik həddədir. Əhali işsizlikdən, məmur özbaşnalığından şikayətçidir, eyni zamanda rayonun az qala Səlim Müslümov və onun icra başçısı olan dayısının qohumları tərəfindən özünüküləşdirilməsi yerli əhalidə hiddət yaradıb.

Şeyx Əkrəm Əylislini tənqid atəşinə tutdu

Şeyxülislam Allahşükür Paşazadə Əkrəm Əylislini Rusiyanın “Drujba narodov” dərgisində çap etdirdiyi “Daş yuxular” əsərinə görə “mürtəd” elan edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fevralın 13-də yaydığı bəyanatda bildirilir ki, bu qərar qurumun Elmi-Dini Şurası və Qazılar Şurasının toplantısında qəbul olunub. “Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq ”Daş yuxular" yazısını birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi qiymətləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun “Xalq yazıçısı” adından məhrum edilməsini ədalətli addım sayır. Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin “Şöhrət” və “İstiqlal” kimi ali dövlət təltifatlarını daşımağa heç bir mənəvi haqqı yoxdur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Aİ-yə üzv dövlətlərə müraciət edildi

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərə müraciət edib. fevralın 9-da Avropa Xalqları Partiyası Gənclər təşkilatı (YEPP) Şurasının Tirana şəhərində (Albaniya) keçirilmiş iclasında Avropanın enerji təhlükəsizliyinə dair qətnamə qəbul edilib. Sənəddə bu sahədə Azərbaycanın rolu xüsusi vurğulanıb, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənib. YEPP-nin qətnaməsində Avropa İttifaqına üzv dövlətlərə çağırış da ifadə edilib. Qətnamədə deyilir ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının işğalına son qoyması üçün Ermənistan hökumətinə müraciət edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun sərhədlərinin toxunulmazlığı və əhalisinin sərhəd regionlarında yaşamasının təhlükəsizliyi gecikdirilmədən tam təmin olunmalıdır.

“Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, BTQ-dən istifadə edə bilməyəcək”

Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirilib. Mətbuat konfransında ermənilərin Azərbaycanın işğal olunmuş Xocalı aeroportunu istismara vermək cəhdlərinə münasibət bildirən Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə avrokomissar Siym Kallas Avropa Birliyinin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını söyləyib: “Mülki təyyarələrin uçuşu üçün milli dövlət özünün hava məkanından istifadə icazəsi verməlidir”.


Zerkalo


«Взаимности от Армении» ждать не приходится


Обеспеченная Армения означает и обеспеченный Карабах, и, несмотря на наличие проблем в самой Армении, главным вопросом остается карабахский. Об этом заявил президент Армении Серж Саркисян. В свою очередь министр иностранных дел Армении Эдвард Налбандян заявил, что Армения и Карабах никогда не связывали открытие аэропорта в Степанакерте с решением нагорно-карабахского конфликта и определением статуса Карабаха. Саркисян мог хотя бы извиниться за личное участие в кровавой расправе над жителями Ходжалы. Более чем актуальный шаг, особенно на фоне неравных баталий, происходящих в Азербайджане вокруг романа “Каменные сны”. Намного проще устами главы представительства Армении в ООН обвинить самих азербайджанцев в убийстве мирных жителей Ходжалы. Но молчит и армянская интеллигенция, от которой Акрам Айлисли, как он сам объясняет, ждал взаимности…


Bakı Xəbər


Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarını parçalamaq missiyası...

Gürcüstanın "Obyektiv" telekanalında çıxış edən Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin rəhbəri Əli Babayev bəyan edib ki, son vaxtlar bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılar arasında separatçılıq əhval-ruhiyyəsinin olması haqda rəy formalaşdırmağa çalışır. Onun sözlərinə görə, muxtariyyət tələb edən və özlərinə himn, bayraq və digər atributlar yaradan Cavaxetiya ermənilərinin separatçı əməlləri ilə yanaşı, indiyədək bu cür əməllərdən uzaq olan azərbaycanlıları da bu oyunlara cəlb etməyə cəhdlər olur. Buna heç vaxt imkan verilməyəcəyini deyən Ə.Babayev bildirib ki, azərbaycanlıları separatçılığa cəlb etməyə çalışanlar arasında Gürcüstanda doğulmuş və Rusiyada yaşayan işbazlar var: "Belələrindən biri, Kvemo-Kartlidə anadan olmuş, hazırda Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri Söyün Sadıqovdur. Əslən Qardabanidən olan Sadıqov Rusiyada böyük biznesə və maliyyə imkanlarına malikdir".




Teqlər:  





Xəbər lenti