Duşan ilk rəsmini 2 yaşında çəkib. 8 yaşı olanda isə onun artıq yerli miqyasda iki şəxsi sərgisi olub. Gənc rəssamın artıq ABŞ, Avstraliya və Hindistana sərgiləri keçirilib. Duşanın çəkdiyi ilk rəsm balina təsviri olub, amma valideynləri buna çox əhəmiyyət verməyib. Sonradan o, hər gün rəsmlər çəkməyə başlayıb və durmadan valideyinlərindən yeni vərəqlər istəyib. Bu gün o, öz əl işləri üçün həftə ərzində 500 vərəq sərf edir. Yaxınları oğlanın dayanmadan rəsm çəkdiyini görəndə psixoterapevtə müraciət ediblər. Mütəxəssis onlara izah edib ki, bu, uşaq psixologiyası üçün zərərli deyil və uşağın yüksək intellektə malik olduğunu göstərir, eyni zamanda enerjini xərcləməyin bir yoludur. Bütün bunlara baxmayaraq Duşan adi uşaq olaraq qalır, yaşıdları ilə vaxt keçirir və tez-tez onların əllərinə marker vasitəsilə sevimli heyvanlarının rəsmini çəkir. O, gələcəkdə özünü zooloq kimi görür.
AzVision.az onun çəkdiyi rəsmlərin bir hissəsini təqdim edir:
Fatimə Kərimli