Nazir Ukraynadakı tələbələrimizdən danışdı

 Nazir  Ukraynadakı tələbələrimizdən  danışdı
  01 Mart 2022    Oxunub:3017
"Ukraynada olan tələbələrin mövcud problemləri ilə Azərbaycanın müvafiq qurumları məşğul olur".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, Ukraynada təhsil alan tələbələr Azərbaycan vətəndaşlarıdır:

"Onların problemləri hazırda bütün dövlət qurumlarının diqqətindərdir. Xarici İşlər Nazirliyi tərəfindən bunlar kommunikasiya edilir. Təhsil Nazirliyi onlara dəstək verir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə  





Xəbər lenti