“Ceyms Uebb” ilk təsviri göndərdi – FOTO

// Kosmik teleskop HD 84406 ulduzunu öyrənir

   “Ceyms Uebb” ilk təsviri göndərdi –    FOTO
  12 Fevral 2022    Oxunub:4812
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “Ceyms Uebb” kosmik teleskopunun göndərdiyi ilk şəkli yayımlayıb. Bu təsviri teleskop 54 gb həcmində 1560 şəkli 25 saat ərzində emal edərək, hazırlayıb.
Teleskop nəzərlərini Böyük Ayı bürcünün yaxınlığında yerləşən HD 84406 ulduzuna yönəldib. Günəşə bənzəyən və Yerdən 260 işıq ili aralı olan bu ulduz “Ceyms Uebb”in ilk tədqiqat obyekti olacaq


Çin Olimpiadada 6G tətbiq edir
Qeyd edək ki, teleskopun əsas güzgüsü hələ tam sazlanmayıb. Hazırda NASA-nın mühəndisləri “NIRcam” sisteminin köməyilə əsas güzgünü tənzimləməklə məşğuldurlar. Bu proses hələ bir neçə ay davam edəcək.

Yada salaq ki, “Ceyms Uebb” – ABŞ, Kanada və Avropa kosmik agentliklərinin
birgə layihəsidir. O, “Böyük partlama”dan sonra yaranan ilk və çox qədim qalaktikaları, ulduzları araşdıracaq. Kosmosda həyat və həyata yararlı planet axtarmaq da teleskopun missiyalarının sırasına daxildir.


Samir Quliyev
AzVision.az


Teqlər:   Kosmos  





Xəbər lenti