Yoluxmanın kəskin artmasına səbəb nədir?

// Professor “Bu, təbiətin özünütənzimləmə qanunudur”,- deyir

  Yoluxmanın kəskin artmasına səbəb nədir?
  05 Fevral 2022    Oxunub:2831
“Hazırda sürətlə yoluxan virus infeksiyalarının hər birini qrip kim dəyərləndirmək olmaz. Nəzərə almaq lazımdır ki, qrip kəskin klinik əlamətlərlə keçən və fəsadlaşmaya meyilli olan, çox ağır infeksiyalardan biridir. Bu gün qrippoz əlamətlərlə müşahidə edilən viral infeksiyalar isə hər bir ailənin çağrılmamış qonağıdır. Demək olar ki, bütün ailələrdə kimsə öskürür, boğazı ağrıyır və qrippoz vəziyyətdədir. Burada qorxulu heç nə yoxdur. Sadəcə olaraq, bütün virus infeksiyalarda olduğu kimi indi də gigiyenik qaydalara əməl etmək, tibbi maska taxmaq və dincəlmək lazımdır”.
Yeni pandemiya Ukraynadan başlaya bilər
Bu fikirləri “Azərtac”a tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, virus infeksiyaları ilə belə yoluxmanın kəskin artmasına səbəb ötən iki ildə dünyada, eləcə də Azərbaycanda tətbiq edilən uzunmüddətli karantin rejimidir. Ümumiyyətlə isə hər kəsin fəsli dəyişikliyə uyğun olaraq, ildə 2-3 dəfə simptomsuz və ya simptomla müşahidə olunan viral infeksiyalara yoluxması normaldır. Bu, təbiətin özünü tənzimləmə qanunudur. Ona görə də infeksiyaların artmasına görə qorxmağa və stres keçirməyə ehtiyac yoxdur. Sadəcə olaraq, müvafiq infeksiyalara qarşı vaxtında peyvənd olunmaq məsləhətdir. Həmçinin hazırda yoluxma sayında artım müşahidə edilən yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə də vaksinasiyadan keçmək vacib şərtlərdəndir.

Professor bildirib ki, ölkədə müşahidə edilən hazırkı epidemioloji vəziyyət yalnız “omikron” ştamı ilə əlaqəli deyil: “Hazırkı vəziyyət fəsli viral infeksiyaların simbioz yaşamına xidmət edən tənzim mexanizminin pozulmasının nəticəsi kimi meydana çıxıb. Hesab edirəm ki, ölkədəki mövcud epidemioloji vəziyyət qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcək. Sadəcə olaraq, vətəndaşlar yalnız COVID-19-dan deyil, bütün xəstəliklərdən qorunmalıdırlar.

Nəzərə almaq lazımdır ki, koronavirusun hazırda geniş yayılmış dominant ştamı “omikron”dur. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək, lakin patogenlikliyi və letallığı qat-qat zəifdir. “Omikron”un yoluxduruculuğunun yüksək olduğunu da nəzərə alaraq vətəndaşlar kütləvi toplaşmalardan mümkün qədər uzaq durmalıdırlar. Onlar gigiyenik qaydalara əməl etməli və tibbi maska taxmalıdırlar”.

AzVision.az


Teqlər: Pandemiya   Koronavirus  





Xəbər lenti