Pandemiyadan sonra dünyada ölümlərin sayı arta bilər

Pandemiyadan sonra dünyada ölümlərin sayı arta bilər
  13 Yanvar 2022    Oxunub:1570
Pandemiyadan sonra dünyada müxtəlif xəstəliklərdən erkən ölümlərin sayı xeyli arta bilər. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nüfuzlu tibb alimlərinin rəyləri əsasında hazırlanan məqalədə qeyd edilir ki, xəstəlikləri yaradacaq əsas səbəb pandemiya zamanı insanların kütləvi şəkildə müxtəlif dərmanlardan aktiv şəkildə etməsi olacaq.

- Əgər əvvəlki illərdə hətta il ərzində cəmi bir dəfə antibiotikdən istifadə edən vətəndaşlar olurdusa, son iki ildə ayrı-ayrı ölkələrdə yüz minlərlə insan koronavirus səbəbindən müxtəlif ağır preparatlarla müalicə olunaraq normal həyata qayıdıblar. Məsələnin mənfi tərəfi isə budur ki, bu müalicələrin bir hissəsi həkim nəzarəti olmadan həyata keçirilib. Bu cür ağır xəstəliklər-viruslarla mübarizədə nəzarətsiz preparatlardan istifadə daxili orqanlarda ciddi fəsadlar qoya bilər. Bu da həmin insanların bir neçə ilə fəsadlar ucbatından yeni müalicələrə əl atmasıyla nəticələnəcək,-məqalədə yazılıb.

Yazıda o da qeyd edilir ki, dünya tibbi son iki ildə virusla mübarizədə xeyli təcrübə də qazandı. İnsanların dərmanlardan istifadəsi isə əvvəlki illərlə müqayisədə birə beş artıb.

AzVision.az



Teqlər: Pandemiya   Xəstəlik  





Xəbər lenti