"Vaksinlərimiz "Omikron"dan qoruyur" - AstraZeneca

"Vaksinlərimiz "Omikron"dan qoruyur" -   AstraZeneca
  13 Yanvar 2022    Oxunub:1520
İsveç və Britaniyanın ortaq əczaçılıq şirkəti olan "AstraZeneca" bəyan edib ki, onların istehsal etdikləri peyvənd "Omicron" ştamına qarşı dayanıqlıdır. Bunun üçün aparılan ilkin sınaq məlumatlarına əsasən peyvənd nəinki "Omicron", digər ştamlara qarşı da antikorların artmasına səbəb olub.
Amma bunun üçün peyvəndin üçüncü dozası da vurulmalıdır. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, əslində əvvəllər də "Vaxzevria", "Pfizer" və ya "Moderna ilə peyvənd edilmiş insanlarda antikorların artması müşahidə edilmişdi. Şirkət, təcili revaksinasiya ehtiyacını nəzərə alaraq, bu məlumatları bütün dünya üzrə tənzimləyicilərə təqdim edəcəyini söyləyib.

Qeyd edək ki, Oksford Universiteti və AstraZeneca ötən ay "Omicron" ştamına qarşı peyvənd üzərində işləməyə başlayıb. Bu ştamın yayılması fonunda bir sıra ölkələrdə, koronavirusa qarşı gücləndirici peyvəndlər aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin  





Xəbər lenti