Yaponiyada qocalığın qarşısını alan peyvənd hazırlanıb

Yaponiyada qocalığın qarşısını alan peyvənd hazırlanıb
  27 Dekabr 2021    Oxunub:1457
Yapon alimləri qocalığa qarşı dərman hazırlayıblar. İlk dəfə ərsəyə gətirilmiş xüsusi peyvənd hüceyrələrin qocalma prosesini dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə “Nature Aging” jurnalı məlumat yayıb. Bildirilir ki, artıq ilk sınaqlar da və elm adamlarının əldə etdikləri müsbət nəticələr iynənin yararlılığını təsdiqləyib.

Alimlər insanın yaşlanma prosesi zamanı parçalanmağa başlayan qocalmış hüceyrələrə təsirlərdən söz açıblar. Bu parçalanma prosesi ən çox osteoporozun inkişafına və damarların sərtləşməsinə səbəb olur.

- İndiyədək dərman siçanlar üzərində sınaqdan keçirilib. Nəticələr isə çox müsbət qiymətləndirilir. Yaşlanan hüceyrələrin sayı kəskin şəkildə azalıb. Hətta bu yeniliyin sayəsində artıq şəkərli diabet xəstələrinin müalicəsi haqqında da danışmaq olar-, məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya   Dərman  





Xəbər lenti