Qanunsuz saxlanılan 18 ov tüfəngi götürülüb

Qanunsuz saxlanılan 18 ov tüfəngi götürülüb
  15 Dekabr 2021    Oxunub:1626
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
DIN-dən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Silah  





Xəbər lenti