Hər il 150 min uşaq ixtisası olmadan əmək bazarına daxil olur

Hər il 150 min uşaq ixtisası olmadan əmək bazarına daxil olur
  08 Dekabr 2021    Oxunub:2635
"Məzunların ixtisas sahibi olması bu günün problemi deyil. Hər il 150 min uşaq məktəbi bitirəndən ixtisas sahibi olmadan əmək bazarına daxil olur".
AzVision.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib. Onun sözlərinə görə, peşə təhsilinə qəbul son dövrdə 12 faiz artım var, 26 600 nəfər peşə qəbulundadlr:

"Ali təhsil müəssisələrində yerlərin sayı 48 min civarındadır. Bu artım son 5 ildə əhalinin demoqrafik göstəriciləri ilə əlaqədardır. Bu dövrdə ərizə verənlərlə qəbul olanlar arasında nisbət 2 dəfədən aşağı düşüb. Hər il yeni rekord sayda tələbəni ali təhsil müəssisələrinə qəbul edirik".

Nazir qeyd edib ki, ötən il bir neçə min tələbə Azərbaycanın müxtəlif peşə təhsili müəssisələrində qısa müddətli kurslara cəlb olunur: "Onların 50 faizi 3-6 ay ərzində işlə cəlb olunub. Bu peşə təhsilinə marağın artmasına labüd edir. Cəmiyyətin böyük hissəsi bacarıqlıdırsa onlar yeni iş yerləri yarada və iqtisadi artıma kömək edə bilər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Tələbə  





Xəbər lenti