ATİB sədri azad edilən ərazilərlə bağlı təkliflər verdi

   ATİB sədri azad edilən ərazilərlə bağlı təkliflər verdi
  03 Dekabr 2021    Oxunub:1547
"İşğaldan azad edilmiş ərazilərdə təhsil mərkəzlərinin, peşə məktəblərinin yaradılması çox vacib məsələdir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yanğın UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ermənilər Qarabağı tamamilə məhv ediblər:

"Onlar bildirdilər ki, bu torpaqlar Azərbaycanındır. Qarabağda rəqabətqabiliyyətli biznes yaradılması çox mühüm istiqamətdir. Həmçinin, Qarabağda konqres mərkəzləri yaradılmasını təklif edirəm. Dünyada Davos forumu keçirilir, lakin heç bir şəxs bu forumun hansı ölkədə keçirildiyini demək olar ki, bilmir.

Hamı şəhəri tanıyır, ona görə də Qarabağda belə bir forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Qarabağ üçün dəstəklərin rahat əldə edilə bilən bir hala gətirilməlidir".

Aytən Zəhra
AzVision.az



Teqlər: qarabağ   ATİB  





Xəbər lenti