"Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb" - Əziz Səncər

 "Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb" -    Əziz Səncər
  02 Dekabr 2021    Oxunub:2191
"Sonuncu dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. 2017-ci illə indiki elm arasında müqayisə aparmağım mümkün deyil. Buna səbəb indiki səfərimdə elm adamları ilə görüşməməyimdir".

AzVision.az xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Alim qeyd edib ki, əvvəlki səfərində hər kəsi düşündürən yalnız Qarabağ problemi var idi: "Bu gəlişimdə Qarabağın azad olunması var və bu, hər kəsdə özünəinam yaradıb. Təbii ki, bu azadlıq elmi iş üçün də önəmlidir. Ümid edirəm ki, bu, elmə də təsir edəcək".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti