Ali məktəblərə 1993-cü ilədək qəbul olanlara şad xəbər

   Ali məktəblərə 1993-cü ilədək qəbul olanlara şad xəbər
  29 Oktyabr 2021    Oxunub:1370
Ali təhsil müəssisələrinə (kollec istisna olmaqla) 1993-cü ilədək qəbul olmuş və təhsilini bitirərək ali təhsil haqqında dövlət sənədi - diplom almış şəxslərin təhsil səviyyəsi magistraturaya bərabər tutulacaq.
AzVision.az -ın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, magistratura ali təhsilin ikinci səviyyə sayılır, ali təhsilin magistratura (rezindetura) səviyyəsi və ya onun ekvivalenti (60-120 kredit) - “magistr” ali elmi-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. İkinci səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 7-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.

AzVision.az


Teqlər: Ali-Məktəb  





Xəbər lenti