Qəbul imtahanlarında azad edilən ərazilərlə bağlı suallar olacaq

   Qəbul imtahanlarında azad edilən ərazilərlə bağlı suallar olacaq
  27 Oktyabr 2021    Oxunub:1876
"Qəbul imtahanlarının məzmununda işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında yeni blok imtahanları baş tutacaq. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”.

AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti