“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir

“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir
  09 Oktyabr 2021    Oxunub:1186
Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə təsviri sənət, şeir və esse nominasiyaları üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda təşkil olunub.

Müsabiqənin I mərhələsi oktyabrın 20-dək davam edəcək. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçılar təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini [email protected] , şeir nominasiyası üzrə videogörüntüləri [email protected] , esse nominasiyası üzrə işləri [email protected] ünvanlarına göndərməlidir.

Oktyabrın 20-dən noyabrın 4-dək davam edəcək II mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilmə aparılacaq və qaliblər müəyyənləşdiriləcək.

Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Azvision.az



Teqlər: Müsabiqə   Təhsil-Nazirliyi  





Xəbər lenti