Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq

   Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq
  08 Oktyabr 2021    Oxunub:1415
Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.
Azvision.az -ın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom və ya sertifikat veriləcək. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti