Nazir: "Xaricdə təhsil proqramı əsasən magistr pilləsini əhatə edəcək"

      Nazir:    "Xaricdə təhsil proqramı əsasən magistr pilləsini əhatə edəcək"
  01 Oktyabr 2021    Oxunub:2174
“Xaricdə təhsil üçün tələbələr göndərilərkən yalnız universitetlərin siyahısı qeyd edilməyəcək. Çünki bəzən hansısa universitetin reytinqi yüksək olsa da, ixtisasa görə reytinqi elə də ürəkaçan olmur. Həm bakalavr, həm magistr proqramları ehtiyaclara uyğun müəyyən ediləcək”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.
Nazir bildirib ki, proqramın böyük hissəsi magistr pilləsini əhatə edəcək.

E.Əmrullayev vurğulayıb ki, bakalavr pilləsi üzrə ən yüksək reytinqli və müxtəlif sahələrdə (beynəlxalq olimpidialarda) fərqli nailiyyətlər əldə edən gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti