Şəhid balaları "birinci" oldular - FOTOLAR

 Şəhid balaları  "birinci"  oldular  -  FOTOLAR
  22 Sentyabr 2021    Oxunub:4345
Bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində əyani tədris bərpa olunur. Uzun fasilədən sonra şagirdlər artıq həftənin beş günü məktəbdə təhsil alacaqlar. Bu il eyni zamanda 158 608 şagird 1-ci sinfə gedəcək. Onların içərəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, torpaqlarımızı işğaldan azad edən Vətən müharibəsi şəhidlərinin övladları da var.
Azvision.az bu il ilk dəfə məktəbə qədəm qoyan qəhrəman övladlarının siyahısnı təqdim edir:

Kiçik çavuş Muxtar Babayevin oğlu Kainat Babazadə Cəlilabad şəhərində Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin şagirdidir.


Əsgər Vüsal Cəfərovun oğlu Əflatun Cəfərov Biləsuvar rayonu, Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində təhsil alacaq.


Leytenant Asif Kərimovun oğlu Yusif Kərimzadə Hədəf Liseyinin birincisidir.


Baş leytenantı İlqar Zeynalovun oğlu Rəfail Zeynalov Biləsuvar rayonu, Aşağı Cürəli kənd tam orta məktəbində oxuyacaq.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi Elşən Abbasovun qızı Narınc Abbasova Beyləqan rayonu, I Şahsevən kənd G.Əsədov adına tam orta məktəbin birincisidir.


Kiçik gizir Şəhriyar Abdullayevin qızı Zəhra Abdullazadə Sumqayıt şəhəri, Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə təhsil alacaq.


Gizir Vahid Aliyevin oğlu Abbas Aliyev Bakı şəhəri, Balaxanı qəsəbəsi 69 nömrəli tam orta məktəbdə oxuyacaq.


Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmətçisi Ramiz Musayevin qızı Ayan Musayeva Göygöl rayonu, Hacıməlik kənd tam orta məktəbin birincisidir.


Baş gizir Ramal Qasımovun oğlu İmran Qasımov Gəncə şəhəri 18 nömrəli tam orta məktəbin şagirdidir.


Əsgər Elsevər Əliyevin oğlu Yusif Əliyev Şəmkir rayonu Məmməd Əhmədli adına kənd tam orta məktəbdə təhsil alacaq.

Kiçik çavuş Azər Hüseynovun oğlu Səyyad Hüseynzadə Gədəbəy rayonunda Novosaratovka kənd tam orta məktəbində oxuyacaq.


Baş çavuşTofiq Həsənovun qızı Melisa Həsənzadə Masazır qəsəbəsində Hədəf Liseyinin birincisi olacaq.


Kapitan Hafiz Abdürrəhmanovun qızı Hafizə Abdürrəhmanlı Şəmkir rayonunda Sabirkənd tam orta məktəbində şagird olacaq.


Əsgər Elçin İsrafilzadənin qızı Leyla İsrafilzadə Şəmkir rayonunda Qədimqala kənd tam orta məktəbində birinci olacaq.


Gizir Çingiz Məmmədovun oğlu Elgiz Məmmədov Şəmkir rayonunda Mürsəl Əliyeva adına Yeniabad kənd tam orta məktəbində təhsil alacaq.


Çavuş Elməddin Pənahovun oğlu Ömər Pənahov Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində şagird olacaq.


Kapitan Rövşən Pənahovun qızı Nilay Pənahzadə M.Həsənov adına kənd tam orta məktəbində oxuyacaq.


Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid-övladları   Birincilər  





Xəbər lenti