"Təəssüf ki, bu gün dərs saatı az olan müəllimlər də var"- Təhsil naziri

   "Təəssüf ki, bu gün dərs saatı az olan müəllimlər də var"-    Təhsil naziri
  04 Avqust 2021    Oxunub:1515
"Müəllim maaşı ilə iş saatları arasında uyğunluq çoxdur".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir iş saatını azaltmaqla daha çox müəllim işə götürməyi düzgün hesab etmədiyin deyib:

“Düşünürəm ki, hər müəllimin heç olmasa, 18 saat dərsi olmalıdır ki, normal əmək haqqı alsın. Amma təəssüf ki, bu gün daha az saat dərsi olan müəllimlər də var”.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti