Ağ gün insanı “qaraldır” – İstirahətlə bağlı elmi yenilik

Ağ gün insanı “qaraldır” –  İstirahətlə bağlı elmi yenilik
  26 İyul 2021    Oxunub:1387
Saçlarınız ağarıb? İstirahət edin, qaralacaq! Kolimbiya Universiteti yanında İrvinq Tibb Mərkəzinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, ağarmış saçların rəngi özü-özünə bərpa oluna bilir. Amma bunun üçün bəzi şərtlərə əməl etmək lazımdır.
Alimlər hesab edirlər ki, saçlarının əvvəlki rənginə qayıtması üçün dincəlmək və stressdən tamamilə uzaq olmaq lazımdır. Azvision.az “The Epoch Times”a istinadən xəbər verir ki, onlar müxtəlif etnik qruplardan olan 9-65 yaş arası 14 nəfər üzərində apardıqları təcrübələrindən sonra belə nəticəyə gəliblər.

Bir illik müşahidələrdən sonra məlum olub ki, 9-39 yaş arası 10 iştirakçının ağaran saçlarının bəzilərinin rəngi bərpa olub. Bununla yanaşı, bədənin müxtəlif yerlərindəki tüklərin də rənginin əvvəlkinə döndüyü müşahidə edilib. Ancaq rəng dəyişikliyi prosesi bəzi follikullarda gedib, bəzilərində yox, bu isə o deməkdir ki, tük rənginin tam bərpası üçün müəyyən vaxt lazımdır .

İstirahət ərzində stresdən maksimum uzaq olan könüllülərin isə ağarmış saçlarının rəngi tam bərpa olunub.

Bir müddət əvvəl Nyu-York Universitetinin alimləri bəyan etmişdilər ki, beyin qocalmasının ilk əlaməttləri özünü 46-48 yaş ərəfəsində göstərir, 60 yaşa yaxın koqnitiv qabiliyyətin deqradasiya sürəti ən yüksək səviyyəyə çatır. Bu prosesin qarşısını almaq üçün, həkimlər pəhriz saxlamağı və sadə karbohidrat istehlakını dayandırmağı məsləhət görürlər .

Məhəmmədəli Həsənli
Azvision.az


Teqlər:





Xəbər lenti