AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub
  16 İyul 2021    Oxunub:1762
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.
Azvision.azxəbər verir ki, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib və fəaliyyətində ona uğurlar arzulayıb. Rektor bildirib ki, Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Bu vəzifəyə Rəşad Kazimovun təyin olunması təqdirəlayiqdir. Rəşad Kazimov maliyyə təsərrüfat sahəsi üzrə bir sıra vəzifələrdə çalışıb və böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. Maliyyə-təsərrüfat işləri üzrə prorektor Rəşad Kazımov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib. 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.

Azvision.az



Teqlər: AzTU   Prorektor  





Xəbər lenti