Ucuzdur, amma almayın: Çin maynerləri kompüter bazarını çalxalayıb

   Ucuzdur, amma almayın:    Çin maynerləri kompüter bazarını çalxalayıb
  04 İyul 2021    Oxunub:2129
Çinin ikinci əl texnologiya bazarında böyük miqdarda ucuz videokartlar peyda olub. Halbuki, son günlərə qədər onları tapmaq mümkün deyildi. Səbəb budur ki, dünənə qədər videokartları az qala topdan alan maynerlər öz “ferma”larını ləğv edərək, detallarını satışa çıxarırlar.
Bitcoin və digər kriptovalyutaların qiyməti düşəndən sonra mayninq artıq sərfəsiz olub. Digər tərəfdən, hakimiyyət də maynerlərlə mübarizəyə başlayıb. Buna görə də, onlar “dükanı bağlayırlar”.

Azvision.az xəbər verir ki, Çinin ikinci əl videokartlarının çoxu artıq beynəlxalq bazara çıxıb – məsələn, “eBay” elektron hərracında kifayət qədər güclü olan “Nvidia RTX 3060” videokartını 295 dollara almaq olur. Halbuki, MDB məkanında bu qurğunun pərakəndə qiyməti 1000 dollara yaxındır.



Bununla belə, mütəxəssislər maynerlərin satdıqları videokartları almamağı məsləhət görürlər. Çünki həmin qurğular çox uzun müddət ərzində və ağır şərtlərlə praktik olaraq fasiləsiz istismar ediliblər. Bu isə onların xidmət müddətini qısaldıb.

Samir Quliyev
Azvision.az



Teqlər: Mayninq  





Xəbər lenti