"Dərslik proqramlarının tənzimlənməsi vacibdir" - Təhsil naziri

   "Dərslik proqramlarının tənzimlənməsi vacibdir" -    Təhsil naziri
  29 İyun 2021    Oxunub:1560
Azərbaycan son 30 il ərzində uğurla inkişaf edən ölkələrdən biridir. Ölkəmizin inkişaf tarixində 1990, 2010 və 2020-ci illər biri-birindən kəskin fərqlənir. Əgər Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq 1990-cı illərdə məcburi köçkünlərin ali məktəblərə köçürülməsindən danışırdıqsa, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizdə ali təhsil məktəblərinin yaradılmasından danışırıq.
Azvision.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib. Təhsil naziri qeyd edib ki, 30 ilin inkişaf dinamikasının fonunda təhsilimizdə çox böyük fərq var. Yeni hazırlanan qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər üçün qəbul edilən olmalıdır.

Emin Əmrullayev bildirib ki, Azərbaycanda dərslik proqramlarının tənzimlənməsi çox vacibdir. Qəbul prosesinin fərqli kontekstdə aparılması da mütərəqqi addımlardan biridir. O, yeni qanun layihəsində diferensial yanaşmanın nəzərə alınmasını vacib sayıb. Qeyd olunub ki, qanunun çevikliyi onun maddələri ilə tənzimlənir.

Azvision.az


Teqlər: Təhsil   Dərslik  





Xəbər lenti