72 yaşlı koronavirus xəstəsi 10 aylıq mübarizədən sonra sağaldı

   72 yaşlı koronavirus xəstəsi 10 aylıq mübarizədən sonra sağaldı
  24 İyun 2021    Oxunub:1548
İngiltərədə ilginc olay yaşanıb.
Azvision.az xəbər verir ki, koronavirus xəstəsi olan 72 yaşlı Deyv Smit on aylıq müalicədən sonra sağalıb. Hazırda bu uzun müddətli xəstəlik daşıyıcısı kimi rekord göstərici sayılır. O yeddi dəfə xəstəxanaya yerləşdirilib, COVID-19 üçün götürülən testlərdən 42-si isə müsbət olub.

Smitin 2020-ci ildə İngiltərədəki ilk dalğanın başlanğıcında koronavirusa yoluxduğu bildirilir. Onunla bərabər xəstələnən insanların çoxu bir neçə həftədən sonra yaxşılaşsalar da, bu ahıl ingilisin müalicələri əhəmiyyətli dərəcədə uzun sürüb. O üst-üstə 290 gündən çox, demək olar ki, 10 ay COVID-19 xəstəsi olub.

"Həyat yoldaşım beş dəfə dəfn mərasimləri təşkil etməyə hazırlaşdı",-deyə Smit bildirib.

Tural Tağıyev

Azvision.az



Teqlər: Koronavirus   İngiltərə  





Xəbər lenti