Gələcək həkimlər təhsil krediti ala bilməyəcək - Nazir

 Gələcək həkimlər təhsil krediti ala bilməyəcək -  Nazir
  18 İyun 2021    Oxunub:2742
Kreditlər tibb sahəsində və rezidenturada təhsil alanları hələlik əhatə etmir. Lakin bu Himayəçilər Şurasında müzakirə edilməlidir və gələcəkdə əhatə dairəsi genişlənə bilər.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Azərbaycanda təhsil alan tələbələrin 95 faizi ali məktəbi bitirir, 5 faizi yalnız müəyyən səbəblərə görə bitirmir.

"Burada təkcə təhsil haqqını ödəyə bilməmək deyil. Burada bir sıra səbəblər var. Bunlar tələbənin ailə qurması, sağlamlığı, davranışı və öz istəyi ilə bağlı ola bilir. Bu rəqəm həmin il ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin 5 faizindən artıq deyil. Başqa ölkələrdə 30-40 faiz tələbə ali məktəbə bitirmir və bu əsasən onların imtahanları verə bilməməsi ilə əlaqədardır".

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Kredit  





Xəbər lenti