Google süni intellektə yeni iş tapşırdı

Google süni intellektə yeni iş tapşırdı
  14 İyun 2021    Oxunub:1680
Google şirkəti insanları yeni prosessorların yaradılması işindən kənarlaşdırmaq qərarına gəlib. Bu işlə ancaq neyroşəbəkə məşğul olacaq, çünki “daha yaxşı bacarır”,- deyə şirkətdən bildiriblər.
Süni intellekt bu tapşırığa pazzlın yığılması əməliyyatı kimi yanaşır. Verilənlər bazasında artıq on minlərlə variant var, neyroşəbəkə onları dəyişərək və müxtəlif yeni komponentlər əlavə edərək, yeni modellər formalaşdırır.



Üstəlik, maşın bu işi insanlardan qat-qat sürətli görür. Çünki məsələ təkcə yeni həllər tapmaq yox, həm də onları sınamaqdır. İnsanlar buna çox vaxt sərf edirlər, amma süni intellekt qat-qat effektiv nəticə ortaya qoyur.

Tariyel
Azvision.az



Teqlər: Süni-intellekt   Google  





Xəbər lenti