84 mindən çox məzunun “Son zəng”i çalındı

 84 mindən çox məzunun “Son zəng”i çalındı
  14 İyun 2021    Oxunub:1832
2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır.
Azvision.az xəbər verir ki, tədris ilində respublika üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları kimi qeyd edirlər.

Azvision.az


Teqlər: Məzun   Son-zəng  





Xəbər lenti