DİM ötən ilin hesabatını açıqladı

DİM ötən ilin hesabatını açıqladı
  03 İyun 2021    Oxunub:1693
2020-ci il ərzində dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, məqsəd dövlət qulluqçusunun təqvim ili ərzində vəzifəsinin öhdəsindən gəlməsini və tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən, güclü və zəif cəhətlərini, həmçinin inkişafı üçün mövcud potensialını aşkara çıxarmaq və gələcək inkişafını, təlimə olan tələbatlarını müəyyən etməkdən, dövlət qulluqçusunun, onun qulluq keçdiyi dövlət orqanı və onun struktur bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir.

"Nəsimi" operası təqdim olunacaq
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq dövlət orqanları üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabat növbəti ilin mart ayının 1-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilir. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı tərəfindən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumat Mərkəzə təqdim edilməyib.

Dövlət orqanları üzrə keçirilmiş qiymətləndirilmənin nəticələrinə dair məlumatlar Mərkəzə təqdim edilib. Təqdim edilmiş hesabatlar Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsi tərəfindən təhlil edilib. Aparılmış təhlil, müəyyən edilmiş çatışmazlıqlarla bağlı ümumiləşdirilmiş məlumat hazırlanıb.

Ümumilikdə 2020-ci il üzrə mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, yerli icra hakimiyyəti orqanları və məhkəmələr üzrə inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan 11261 dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib, onlardan 2228-nin fəaliyyəti əla, 6603-nün fəaliyyəti yaxşı, 2395-nin fəaliyyəti qənaətbəxş, 35-nin fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib.

Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq 63 dövlət qulluqçusu rəhbər vəzifələrin tutulması məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilib, 11 dövlət qulluqçusuna vəzifə maaşının 1 misli, 6 dövlət qulluqçusuna qiymətli hədiyyələr, 6 dövlət qulluqçusuna isə növbəti ixtisas dərəcəsi verilməsi üçün müvafiq təqdimat verilib.

Dövlət orqanları tərəfindən qiymətləndirmə nəticəsində dövlət qulluqçularının təlimlərə olan tələbatları müəyyən edilib və həmin tələbata uyğun olaraq dövlət qulluqçularının cari ildə müvafiq təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinə uyğun olaraq 32 halda xidməti fəaliyyətin qiymətləndirilməsi, 43 halda norma yaradıcılığı, 14 halda mühasibat uçotunun aparılması, 53 halda informasiya-kommunikasiya texnologiyaları, 112 halda etik davranış qaydaları, 13 halda kadr işinin aparılması və dövlət qulluğu məsələləri, 89 halda kargüzarlığın (o cümlədən elektron kargüzarlığın) aparılması və sənədlərlə iş üzrə bilik və bacarıqların təkmilləşdirilməsinə, habelə 20-yə yaxın digər mövzularda təlimlərin keçirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Hesabatla DİM-in saytında tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti