Vikipediyaçıların birinci milli forumu keçiriləcək

  09 Mart 2014    Oxunub : 397
Vikipediyaçıların birinci milli forumu keçiriləcək
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçiriləcək.
Martın 10-da “Park İnn” otelində Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçiriləcək.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, forumun məqsədi bu sahənin mütəxəssislərini bir yerə toplayaraq Azərbaycan vikipediyasının mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparmaq, problemləri və onların həlli yollarını müzakirə etməkdir. Eyni zamanda, milli vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

Forumda ölkənin vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Daha ətraflı məlumatı www.wikimedia.az saytından əldə etmək olar.

Qeyd edək ki, vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycandilli vikipediyada isə məqalələrin sayı 98 minə çatır.

Teqlər: