“250 nəfər üzrlü səbəbdən imtahana gəlməmişdi” - DİM sədri

“250 nəfər üzrlü səbəbdən imtahana gəlməmişdi” -    DİM sədri
  26 May 2021    Oxunub:1257
Gələn həftə orta ixtisas qrupları və əvvəlki illərin məzunları üçün imtahanların tarixləri elan ediləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

DİM sədri bildirib ki, ali məktəblərə qəbul imtahanının tarixləri karantin rejiminə uyğun olaraq Operativ Qərargah tərəfindən təsdiqləndikdən sonra elan ediləcək.

"Nə qədər şəxsin sənəd verəcəyini yalnız sənəd qəbulu bitəndən sonra biləcəyik. Aprel ayında buraxılış imtahanlarında 200-250 nəfər üzrlü səbəbdən iştirak etməmişdi. Onlara yenidən imtahan vermək üçün imkan yaradılacaq. Bunun üçün qeydiyyata ehtiyac olmayacaq".

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti