Emin Əmrullayev Britaniyanın ixracat naziri ilə görüşdü - FOTO

Emin Əmrullayev Britaniyanın ixracat naziri ilə görüşdü -    FOTO
  21 May 2021    Oxunub:2588
Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Qraham Stüartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.



Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.

Görüşün sonunda Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki Nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.



Azvision.az





Teqlər: Təhsil-nazir   Görüş   Səfir  





Xəbər lenti