Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin olundu

Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin olundu
  06 Mart 2014    Oxunub:1499
Azərbaycan Prezidenti İlham Əliyev Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi barədə sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilsin.

Qeyd edək ki, Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.


Teqlər:  





Xəbər lenti