“Azərbaycan–ispan danışıq kitabçası” nəşr olunub

“Azərbaycan–ispan danışıq kitabçası” nəşr olunub
  12 May 2021    Oxunub:3345
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan–ispan danışıq kitabçası” işıq üzü görüb. Kitabça İspaniya və ispandilli ölkələrə işgüzar və turist səfərinə gedənlər, eləcə də ispan dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün nəzərdə tutulub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Azvision.az -a bildirilib ki, kitabçaya daxil edilən söz və ifadələr “Əsas ifadələr”, “Gediş və gəliş”, “Mehmanxanada”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Saylar”, “Vaxt və tarix” adlı bölümlər üzrə təqdim edilib.

Kitabın tərtibçisi – Mərkəzin İspaniya–Azərbaycan ədəbi əlaqələri üzrə koordinatoru Aysel Əliyeva, redaktorları – Belqrad Universitetinin ispan dili üzrә mühazirәçisi Francisco Capilla Martín və Bәhlul Abbasovdur. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Azvision.az


Teqlər: Kitab   Nəşr  





Xəbər lenti