“Qalib müəllim” videohekayə müsabiqəsi keçirilir

“Qalib müəllim” videohekayə müsabiqəsi keçirilir
  11 May 2021    Oxunub:5750
Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsi davam edir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, mayın 28-dək davam edəcək müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda, qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi.

Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər. Müsabiqəyə göndərilən video 2 dəqiqədən çox olmamalıdır. İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 21-dək [email protected] ünvanına göndərməlidir. Hər iştirakçı bir videohekayə göndərə bilər. Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcək.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Qalib-müəllim   Videohekayə   Müsabiqə  





Xəbər lenti