“Yaxın 3 ayda müəllimlərin sertifikasiyası olmayacaq”

“Yaxın 3 ayda müəllimlərin sertifikasiyası olmayacaq”
  08 May 2021    Oxunub:2333
"Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur. Çünki pandemiya şəraitinə görə qeyri-müəyyənliklər var".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

Nazir bildirib ki, belə şəraitdə əvvəlcədən məlumat vermək istəmir: "Amma bu il ərzində hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında bu və ya digər qrup müəllimlərin sertifikasiyasının olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Təhsil  





Xəbər lenti