Gəncə və Şəkidə dərslər həftədə 5 dəfə olacaq

 Gəncə və Şəkidə dərslər həftədə 5 dəfə olacaq
  08 May 2021    Oxunub:3115
Mayın 17-dən etibarən Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Azvision.az


Teqlər: Dərs   Təhsil   Məktəb  





Xəbər lenti