Hərarəti olan 2 şagird imtahana buraxılmadı

Hərarəti olan 2 şagird imtahana buraxılmadı
  30 Aprel 2021    Oxunub:4710
İki nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına buraxılmayıb.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti