Berti Foqts 2 futbol oyununu izləyəcək

Berti Foqts 2 futbol oyununu izləyəcək
  15 Fevral 2014    Oxunub:1526
Azərbaycan futbol millisinin məşqçiləri Premyer Liqanın XXI turunun oyunlarını izləyəcəklər.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Berti Foqts, onun köməkçisi Volfqanq Rolff və qapıçılar üzrə məşqçi Ulrix Ştayn fevralın 15-də keçiriləcək görüşlərə stadionda baxacaq.

Bu “üçlük” əvvəl "Bakı" – "Neftçi", sonra isə "Qarabağ" – AZAL oyunlarında arenada olacaq. Millinin digər məşqçisi Aslan Kərimov isə Sumqayıtda baş tutacaq "Sumqayıt" – "Rəvan" qarşılaşmasını izləyəcək.

Qeyd edək ki, "Bakı" – "Neftçi" oyunu 13:30, "Qarabağ" – AZAL matçı 17:00, "Sumqayıt" – "Rəvan" qarşılaşması 16:00-da başlayacaq.


Teqlər:





Xəbər lenti