`Qarabağ` liderliyi `Qəbələ`dən aldı

`Qarabağ` liderliyi `Qəbələ`dən aldı
  08 Fevral 2014    Oxunub:1468
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 20-0ci turunun oyunlarına start verilib.

İlk oyun günündə "Rəvan" "İnter"lə, AZAL "Sumqayıt"la, "Qəbələ" isə "Qarabağ"la üz-üzə gəlib.

Daha əvvəl başlayan "Qəbələ" - "Qarabağ" matçı qonaqların qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu 74-cü dəqiqədə Reynaldo Silva vurub.

Bununla da "Qəbələ" turnir cədvəlindəki liderliyini qoruya bilmədi. Ağdam komandası isə ən azı sabaha kimi turnir cədvəlinin ilk pilləsindədir.

Turun digər oyunları sabah keçiriləcək. "Xəzər Lənkəran" "Neftçi"ni, "Simurq" isə "Bakı"nı qəbul edəcək.


Teqlər:





Xəbər lenti