“BMT-nin əsas gücləri Qarabağa dair qətnamələrin icrasına çalışmalıdır” - Sabiq XİN rəhbəri

 “BMT-nin əsas gücləri Qarabağa dair qətnamələrin icrasına çalışmalıdır” -  Sabiq XİN rəhbəri
  11 Oktyabr 2020    Oxunub:1988
Həqiqətən də 1994-cü ildə atəşkəs barədə aktın imzalanmasından keçən 26 il ərzində beynəlxalq birliyin Dağlıq Qarabağ problemini həll edə bilməməsi çox kədərlidir.
Bunu Azvision.az a açıqlamasında Pakistanın keçmiş xarici işlər naziri Sərtac Əziz deyib.

Onun sözlərinə görə, sonda Azərbaycanın problemi güc yolu ilə həll etməyə başlamasından başqa yolu qalmır.

“Bu müddətdə, əlbəttə ki, çox sayda mülki və günahsız insan öldü. Hər iki tərəfin mülki itkilərdən qaçmağa çalışması çox vacibdir. Əks təqdirdə, bu qarşıdurmanın yaratdığı acı daha da artacaq və nəticədə problemin davamlı həlli axtarışını çətinləşdirəcəkdir.

Mən hələ də ümid edirəm ki, bütün ölkələr, BMT-nin əsas gücləri BMT qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcəklər. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll ediləcək”, - deyə Pakistanın sabiq XİN rəhbəri Sərtac Əziz bildirib.

Seymur Məmmədov
Pərvanə Sultanova

Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti